Gürcüstanda koronavirusa 3666 yeni yoluxma halı qeydə alınıb, 1335 nəfər sağalıb
Gürcüstanda koronavirusa 3666 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 1335 nəfər sağalıb. Son bir sutkada 17 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 42 235 ədəd test aparılıb, onlardan 27 425-i antigen sürətli testi, 14 810-u isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 8.68 %, son 14 günün- 6.03 %, son 7 günün isə 6.71 %.
Gürcüstanda koronavirusa ümumilikdə 407 689 yoluxma halı təsdiqlənib, onlardan 376 088 nəfər sağalıb, 5 731 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 418 398 nəfər peyvənd olunub, günlük 13 884 insan peyvənd olunub.
64 nəfər karantin rejimindədir, 5185 nəfər stasionar şəraitdə nəzarət altındadır, 1763 nəfər kliniki-mehmanxanadadır.
Dünən, iyulun 26-da Gürcüstanda koronavirusa 1264 yeni yoluxma halı qeydə alınıb, 1665 nəfər sağalıb, 26 nəfər isə dünyasını dəyişib.