14 aprel göstəriciləri ilə, Gürcüstanda 23 493 nəfər peyvənd edildi

14 aprel göstəriciləri ilə, Gürcüstanda 23 493 nəfər peyvənd edildi, – bu haqda məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzi yayır.

“Peyvənd üçün qeydiyyatdan keçib, növbə tutmaq üçün booking.moh.gov.ge veb səhifəsinə daxil olun və yaxud 15-22-ə zəng vurun. Sizə sağlamlıq arzulayırıq, – deyilir Mərkəzdə.

Bu gün Gürcüstanda koronavirusun 1 085 yeni halı qeydə alındı, 432 pasient sağaldı.