139-cu məktəbin yanında direktorun istefa etməsi tələbi ilə etiraz aksiyası keçirilir

Tbilisidə, İsani-Samqori rayonunda 139-cu ümumi məktəbin pedaqoqları Nino Xoxobaşvili və Lela Mazmişvili öz şagirdləri ilə bərabər, məktəb direktorunun istefa etməsi tələbi ilə, etiraz aksiyası keçirirlər.

Onları məktəb direktoru Natia Pxaladzeyi təhsil prosesini bir tərəfli və öz başına idarə etməkdə ittiham edirlər.

Nino Xoxobaşvilinin bəyanatına görə, direktor məktəbin bir neçə pedaqoqunu onun fikirlərinə qarşı çıxdıqları üçün diskriminasiya edir.

 

Lela Mazmişvilinin bəyanatına görə isə, məktəbdə problemlər müəllimlərdən birinin Təhsil Nazirliyinə direktorun yanlışlıqları haqqında ərizə daxil etməsindən sonra başladı. Onun dediyinə görə, direktorun yanlışlıqları təsdiqləndi.

“Bu hadisədən sonra o çox aqressiv oldu və ona çıxan olan müəllimləri “boynunu qırmaqla” təhdid etdi və biz, həmin müəllimlər bugün işdən azad edilməyimiz haqqında əmr aldıq – dedi Mazmişvili.

Onun dediyinə görə, Təhsil Nazirliyi məktəbdəki vəziyyətdən xəbərdardır və həmçinin audit xidmətinə də məlumat çatdırlıb.