13 İyun hadisələri ilə bağlı Tbilisi Zooparkının ərazisində hippopotam heykəli qoyulacaq
Paytaxt meriyası 2016-cı ilin 13 iyun tarixində baş verən faciəli hadisələrlə bağlı, Tbilisi Zooparkının ərazisində qoyulacaq hippopotam heykəlinin eskizlərinin seçilməsi üçün müsabiqə elan edir.
Paytaxt meriyasının məlumatına görə, Hippopotam heykəli Qəhramanlar meydanında, Zooparka yaxın ərazidə yerləşdiriləcək.
Hippopotam heykəlinin qoyulmasına cəmi olaraq, 90 000 lari ayrılıb.
Müsabiqə haqqında detallı məlumat meriyanın rəsmi səhifəsində verilib.