12 saylı Cəzaçəkmə Müəssisəsi yaxınlığında aksiya iştirakçısı özünü pis hiss edərək, dünyasını dəyişib , Daxili İşlər Nazirliyi faktı araşdırır
12 saylı Cəzaçəkmə Müəssisəsi yaxınlığında aksiya iştirakçısı özünü pis hiss edərək, dünyasını dəyişib , Daxili İşlər Nazirliyi faktı araşdırır

 

Rustavidə , 12 saylı Cəzaçəkmə Müəssisəsi yaxınlığında
Mixeil Saakaşviliyə dəstək aksiyası başlamazdan əvvəl etirazçılardan biri özünü pis hiss edib.

Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, kişiyə kömək etmək üçün tezliklə təcili yardım gəlib, lakin onu xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda da qeyd olunduğu kimi , aksiyada bir nəfərin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 115-ci , özünü öldürmə həddinə çatdırma maddəsi ilə istintaq başladılıb.