12-ci Piyada Batalyonu təlim və qiymətləndirmə proqramını tamamladı
12-ci Piyada Batalyonu təlim və qiymətləndirmə proqramını tamamladı

Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığının 1-ci Briqadasının 12-ci Piyada Batalyonu təlim və qiymətləndirmə proqramını uğurla başa vurub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Qurumun məlumatına görə, səhra təlimləri və döyüş atışlarından ibarət proqram bir ay ərzində davam edib. Təlimin yekun mərhələsində çöl situasiya təlimi real mühitə mümkün qədər yaxın şəraitdə aparılmışdır.

Vaziani poliqonunda gecə-gündüz şəraitində batalyon səviyyəsində döyüş atışları aparılıb. Batalyon yardımçı kollektiv tapşırıqlara uyğun olaraq müdafiə və hücum əməliyyatlarını yerinə yetirdi. Döyüş hazırlığı mərkəzinə (OPFOR) daxil olan rəqib qüvvələr onlara real mühitə yaxın şərait yaradıb. Təlim döyüş hazırlığı mərkəzinin müşahidəçi-nəzarətçiləri tərəfindən müsbət qiymətləndirilib. Təlimdə Müdafiə Qüvvələrinin rəhbərləri iştirak ediblər.

Təlim və hərbi təhsil komandiri, polkovnik Zurab Xviçia təlimdə iştirak edən hərbi qulluqçular qarşısında çıxış edərək xidmətlərinə görə təşəkkür edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.