Gürcüstanda koronavirusun 24 yeni halı qeydə alınıb.
Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 1073 halı qeydə alınıb.
Yeni sağalan üç pasiyentlə bərabər, sağalanların sayı 907-dir.
Koronavirusdan ölkədə 16 nəfər həlak olub.
Karantin rejimində 5 692 vətəndaş var, stasiyonarlarda isə, – 249.