11 457 avtonqliyyat vasitələrindən 2 935-i texniki yoxlanışdan keçə bilmədi
11 457 avtonqliyyat vasitələrindən 2 935 -i texniki yoxlanışdan keçə bilmədi.
Bu barədə məlumatı birinci kanal İqtisadiyyat Nazirliyindən aldı.
İdarənin məlumatına görə, problemlərin əksəriyyəti tormoz sistemi və faralarla bağlı idi. Mövcud olan problemləri düzəltək üçün nəqliyyat vasitələrinin sahiblərinə bir ay vaxt verildi.
“2018-ci ili yanvarın 1-dən fevralın 28-nə qədər 11 457 avtonəqliyyat vasitəsi texniki yoxlanışdan keçdi və onlardan 2 935-i yararsız hesab edildi” – dedilər İqtisadiyyat Nazirliyindən.
Əgər maşınında problem aşkarlanan sürücülər bir ay içində avtonəqliyyatının bütün problemlərini həll edə bilməsələr, 50 lari ilə cərimələnəcəklər. Şirkətlərə aid avtomobillər üçün cərimə 200 laridir.
2018-ci ilin iyulun 1-dən texniki yoxlanışdan dövlət idarələrinin və hüquqi şəxslərin şəxsi maşınları keçiriləcəklər.
2019-cı ildən isə, texniki yoxlanışdan bütün avtonəqliyyat vasitələri keçəcəklər.
Minik avtomobilin texniki inspeksiyası 60 lari təşkil edir, yük maşınlarının ki isə, 100 laridir.