″ Marneuli və Bolnisi Munisipalitetlərində  görüləcək karantin tədbirləri haqqında″  qətnaməyə  dəyişiklik edilib
″ Marneuli və Bolnisi Munisipalitetlərində görüləcək karantin tədbirləri haqqında″ qətnaməyə dəyişiklik edilib

″Yeni  növ koronavirusun yayılmasının qarşısının alınmasına  dair  Marneuli və Bolnisi  Munisipalitetlərində  görüləcək karantin tədbirləri haqqında ″ qətnaməyə   dəyişiklik edilib.

Mayın 18-də  Marneulidə ciddi  karantin rejimi ləğv edildiyi üçün hökumət, Bolnisi Munisipalitetində  görüləcək karantin tədbirləri haqqında qətnamə qəbul etdi.Bəhsi  keçən qətnamə məhz mayın 18-dən etibarən  qüvvəyə minəcək.

Müvafiq olaraq, qətnamənin adı belə tərtib edildi: “Yeni növ  koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Bolnisi Munisipalitetində  görüləcək karantin tədbirləri haqqında”.

Qətnaməyə  əsasən, ictimai təhlükəsizliyi təmin etmək, əhalinin həyatı və sağlamlığı üçün gözlənilən təhlükələri  azaltmaq üçün, Bolnisi Munisipalitetinin  ərazisində bütün növ  hərəkət  fövqəladə vəziyyət müddəti ilə qadağan olunur.Bu aşağıdakıları nəzərdə tutur:

Bolnisi Munisipalitetinin  ərazisinə giriş qadağasını (bu məhdudiyyət Bolnisi  Munisipalitetində  qeydiyyata olan / faktiki olaraq orda yaşayan  şəxslərə şamil edilmir);

Bolnisi Munisipalitetinin  ərazisindən  çıxışın qadağan edilməsini;

Bolnisi Munisipaliteti  ərazisində yerdəyişmənin  qadağan olunmasını.

Bu məhdudiyyət  tibbi xidmətdən yararlanmaq   eləcə də, qida və əczaçılıq məhsullarını əldə etmək məqsədi ilə yerdəyişməyə şamil olunmur.

Bolnisi Munisipalitetinin  ərazisində ictimai nəqliyyatla yerdəyişmə  qadağan olunur.

Qətnamədə bildirilir ki, nəqliyyat vasitələrinin girişi / çıxışı / yerdəyişməsi Gürcüstanın DİN-nin   qərarı ilə həyata keçiriləcək.

Qətnaməyə  əsasən, iqtisadi fəaliyyət dayandırılacaq, istənilən malın / məhsulun tədarükü / satışı , aşağıdakılardan başqa :

Tibb müəssisəsinin fəaliyyəti; Tibbi təyinatlı məhsulun, əczaçılıq məhsullarının satışı; Ərzaq / heyvan yemi, heyvan və bitkiçilik məhsulları, məişət kimyası və gigiyena, baytarlıq preparatları , pestisidlər və aqrokimyəvi maddələr, toxum və əkin materiallarının pərakəndə satışı;

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf  Nazirliyi ,   Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi və    Daxili İşlər Nazirliyi  tərəfindən siyahısı  və fəaliyyət qaydası müəyyənləşdirilən munisipalitetin  ərazisindəki mövcud  sahibkarlıq subyektləri ; Kənd təsərrüfatı fəaliyyəti və heyvandarlıq / quşçuluq fəaliyyəti; Elektrik rabitə, elektrik enerjisi, təbii qaz, su, benzin, dizel, mayeləşdirilmiş neft qazı təchizatı; Bankomatların davamlı işləməsi üçün tələb olunan fəaliyyətlər.

Hərəkətlə bağlı təyin olunmuş məhdudiyyətlər, Bolnisi Munisipalitetinin ərazisinə bu qətnamədə  nəzərdə tutulmuş karantin tədbirlərinin maneəsiz həyata keçirilməsi məqsədi ilə gedən şəxslərə şamil olunmur.

Daxili İşlər Nazirliyi və Gürcüstanın İşğal olunmuş ərazilərindən  Məcburi Köçkünlərin işi üzrə,Əmək,Səhiyyə və Sosial Müdafiəsi  Nazirliyi bu şəxslərin hərəkətini tənzimləyirlər.

İcazə verilən  bütün fəaliyyətlər  Gürcüstanın İşğal olunmuş ərazilərindən  Məcburi Köçkünlərin işi üzrə,Əmək,Səhiyyə və Sosial Müdafiəsi  Nazirliyi tərəfindən  verilmiş rekomenasiyalara müvafiq olaraq həyata keçirilməlidir.

Bu qətnamədə nəzərdə tutulmuş tədbirləri   Gürcüstanın İşğal olunmuş ərazilərindən  Məcburi Köçkünlərin işi üzrə,Əmək,Səhiyyə və Sosial Müdafiəsi  Nazirliyi , Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və onların sistemlərinə daxil olan  müəssisə və qurumlar,həmçinin Bolnisi Munisipalitetinin  yerli özünüidarəetmə orqanları həyata keçirəcəklər. Gürcüstan Müdafiə Nazirliyi isə  köməkçi funksiyanı yerinə yetirəcək

Qətnamə 2020-ci ilin mayın 18-dən etibarən  qüvvəyə minəcək.

Hazırladı-Sevinc Mustafayeva