Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze Kaxetidə baş vermiş təbii fəlakətin nəticələri ilə yerində tanış olub
Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze Kaxeti bölgəsindədir və Kaxeti bölgəsinin nümayəndəsi Qiorqi Aladaşvili ilə birlikdə təbii fəlakətin nəticələri ilə yerində tanış olub.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazir müavini bir sıra bələdiyyələrdə üzümçü fermerlərlə görüşüb. Onlarla söhbətdə Tengiz Nasaridze dövlətin zədələnmiş üzümləri qəbul edib təhvil verməyə hazır olduğunu vurğulayıb.
Nazir müavini fermerləri aqrosığortadan daha fəal istifadə etməyə çağırıb.
“Fəlakətlər hər il ölkəmiz üçün çətinliklər yaradır ki, bu da sığortaya ehtiyacı daha da qabarıq göstərir. Bunsuz əkinçilik fəaliyyətini tənzimləmək çox çətin olacaq. Aqro sığorta yeganə yoldur və mümkün qədər istifadə edilməlidir. Qeyd edək ki, bu il dövlət proqramının birgə maliyyələşdirilməsi 50 faizdən 70 faizə yüksəlib. Bu, fermerlər üçün çox mühüm dəstəkdir”, – Tengiz Nasaridze qeyd edib.
Nazir müavininin sözlərinə görə, kifayət qədər olmasa da, sığortalanan fermerlərin sayında irəliləyiş var.
Sentyabrın 2-də yağan güclü dolu və külək Kaxeti bölgəsinin Ğvareli, Telavi, Axmeta, Siğnaği və Gürcaani bələdiyyələrində müxtəlif kənd təsərrüfatı bitkilərinə, o cümlədən üzüm bağlarına ziyan vurub. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Telavi şəhərində məhsul yığımının idarəsi qərargahı 24 saat işləyir və zərər çəkmiş üzümçülərin məhsullarını fasiləsiz yığa bilməsi üçün bütün resurslar səfərbər edilib. Dövlət sənaye şirkəti “Məhsul İdarəetmə Şirkəti” MMC üzümçülərdən doludan zərər görmüş üzümləri qəbul etməyə və emal etməyə və hər kiloqramı üçün 0,90 lari ödəməyə hazırdır”, – nazirlik qeyd edir.