Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi şümşad ağaclarının kəsilməsinə nəzarəti gücləndirir
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi şümşad ağaclarının kəsilməsinə nəzarəti gücləndirir

 
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi şümşad ağaclarının kəsilməsinə nəzarəti gücləndirir.

Nazirliyin yaydığı məlumatda, şümşad ağaclarının kəsilməsi, kökündən çıxarılması və ya budaqlarına zərər vurulmasının cəzalandırılan əməl olduğu deyilir. Sanksiyanın məbləği artırılıb və 500-dən 2000 lariyə qədər cəriməni nəzərdə tutur; Ətraf mühitə vurulmuş ziyan 1000 laridən çox olarsa, məsələ cinayət işi kimi təsnif edilir. Şümşad ağacını yerli özünüidarəetmə orqanı tərəfindən verilmiş müvafiq mənşə sertifikatı əsasında yalnız özəl tingliklərdən və süni şəkildə becərilmiş plantasiyalardan əldə etmək olar.

“Kolxura şümşad ağacı Qırmızı Siyahı ilə mühafizə olunan növdür və dövlət meşəsi ərazisində onun əldə edilməsi qadağandır. Milli Meşə Agentliyi sakinləri qanunu pozmamağa çağırır. Aşkar edilmiş hər bir qanun pozuntusuna qarşı ciddi sanksiyalar tətbiq olunacaq” – Milli Meşə Agentliyinin rəhbəri Kaxa Tsertsvadze bildirir.

Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd edildiyi üzrə, son bir neçə ildə ölkə ərazisində şümşad ağaclarının quruması xüsusi problemdir. Patogen göbələkdən əlavə, Kolxura şümşad ağacının təbii mənşəli meşə zolaqlarına invaziv zərərverici – güvə təhlükə yaradırdı.

2016-cı ildən etibarən Milli Meşə Agentliyinin idarəçiliyində olan meşə sahəsində zərər görmüş Kolxura şümşad ağacının təbii mənşəli meşə zolaqlarında kompleks tədbirlər həyata keçirilir, bu zərərvericilərə və xəstəliklərə qarşı mübarizə ilə yanaşı, növlərin mühafizəsi tədbirlərini də əhatə edir. Bu illər ərzində həyata keçirilən tədbirlər nəticəsində zərərvericilərin sayının kəskin şəkildə azalması önəmli haldır.