Ətraf Mühitə Nəzarət İdarəsi "Çiakokonoba" gecəsində (Atəşlə təmizlənmə günü) nəzarəti gücləndirəcək
Ətraf Mühitə Nəzarət İdarəsi "Çiakokonoba" gecəsində (Atəşlə təmizlənmə günü) nəzarəti gücləndirəcək

 
Ətraf Mühitə Nəzarət İdarəsi “Çiakokonoba” gecəsində (Atəşlə təmizlənmə günü) nəzarəti gücləndirəcək-bu haqda məlumatı idarə yayır.

Məlumatda qeyd olunduğu kimi, qurum hər bir qanun pozuntusuna müvafiq cavab verəcək.

“Möhtəşəm Pasxa bayramından əvvəlki çərşənbə günü ənənəvi ayin- “Çiakokonoba” (Atəşlə təmizlənmə günü) keçirilir.

Ayin zamanı əhali müxtəlif növ bələdiyyə tullantılarından tonqal qalamaq üçün istifadə edir. Sözügedən tullantıların yandırılması zamanı toksik, kanserogen maddələr və qazlar ayrılır; Ətraf mühitə, eləcə də əhaliyə, xüsusilə də ayində fəal iştirak edən uşaqların sağlamlığına təhlükə yaranır.

Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət İdarəsi əhaliyə xəbərdarlıq edir ki, tullantıların idarə edilməsi məcəlləsinə əsasən, istənilən tullantının, o cümlədən təkər, plastik material və yarpaqların açıq şəkildə yandırılması qadağan edilib.

Tullantıların idarə edilməsi məcəlləsinə əsasən, təhlükəli olmayan bələdiyyə tullantılarının – yarpaqların, bağ/park tullantılarının, məişət tullantılarının açıq şəkildə yandırılması 500 lari məbləğində cərimələnmə ilə nəticələnəcək; Təkərlərin, rezinlərin və digər elastomer materialların açıq şəkildə yandırılması halında isə qanun pozuntusuna yol verən şəxs 1500 lari məbləğində cərimə ödəyəsi olacaq.

Ətraf Mühitə Nəzarət İdarəsi “Çiakokonoba” gecəsində (Atəşlə təmizlənmə günü) nəzarəti gücləndirəcək və hər bir pozuntuya müvafiq cavab verəcək”- məlumatda qeyd olunub.