Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri ,salonların  iş prosesində  əməl etməli olduqları rekomendasiyalara izahat gətirib
 Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri ,salonların  iş prosesində  əməl etməli olduqları rekomendasiyalara izahat gətirib

Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri,Beka Pheradzenin sözlərinə görə,Səhiyyə Nazirliyində  qeydiyyatdan keçmiş  bütün şirkətlərin gün ərzində monitorinqi həyata keçirilir.

Onun sözlərinə görə, salonlarda xidmət əvvəlcədən yazılma qaydası ilə həyata keçirilməlidir.

Pheradze həmçinin, gözəllik salonlarına verilən daha bir rekomendasiya barəsində  danışıb.

“Bu sahə sabahdan fəaliyyətə başlayacaq. Əsas tövsiyyələr müəyyən olunub – insanların toplaşmaması üçün xidmət əvvəlcədən yazılma qaydası ilə həyata keçirilməlidir.   Hər 5 kv.metr üçün bir nəfər qəbul edilməlidir. 2 metrlik   məsafənin  təmin edilməsi mümkün olmayan  yerlərdə , istifadəçilər arasında birbaşa əlaqəni azaldacaq müəyyən müvəqqəti, qoruyucu sədlər ola bilsin  müəyyən olunsun  və təyin edilsin. Bunlar  isə öz növbələrində   istifadəçilər arasında bir başa komunikasiyanı azaldacaq.

Girişdə dezinfeksiya sədləri tələb olunur və həmçinin istifadəçi əl gigiyenasını   yerinə yetirməlidirlər. Kassada çalışan işçiləri qorumaq üçün müvəqqəti qoruyucu səd  olmalıdır. Maska  taxmaq məcburidir,  xalat, əlcəklər  və s . kimi  fərdi müdafiə vasitələri   müvafiq  xüsusiyyətlər nəzərə alınmaqla istifadə olunur. Məsələn, bioloji mayelərin çilənməsi  ilə  qarşı –qarşıyayıqsa , müvafiq  maska, əlcək, xalatdan  istifadə olunur ,   digər  sadə prosedurlar zamanı isə yalnız maskadan istifadə olunur. Bütün vasitələrin dezinfeksiya edilməsi tələb olunur. Tez-tez toxunulan  səthlər  hər iki saatda bir dəfə dezinfeksiya   edilir,tam dezinfeksiya isə  hər günün başa çatmasından sonra  aparılır “-deyə Beka Pheradze bildirib.

 

 

Hazırladı-Sevinc Mustafayeva