Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bəzi yol hissələrində məhdudiyyətlər var
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bəzi yol hissələrində məhdudiyyətlər var

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Gürcüstanın bəzi yol hissələrində məhdudiyyətlər var.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, güclü qar və buzla əlaqədar olaraq beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale və Axaltsixe-Ninotsminda avtomobil yolunda qoşquların, yarımqoşquların və tutumu 30 sərnişindən çox olan avtobusların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Onların məlumatına görə, həmçinin qar və buzla əlaqədar dövlətdaxili əhəmiyyətə malik avtomobil yolunun Qomi-Saçxere-Çiatura-Zestafoni hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və buzla əlaqədar dövlətdaxili əhəmiyyətə malik Zuqdidi-Cvari-Mestiya-Lasdil avtomobil yolunun 70-185 km (Xaişi-Uşquli) hissəsində qoşqu, yarımqoşqu və tutumu 30 sərnişindən çox olan avtobusların hərəkəti qadağan edilib. Yolun 90-185 km (Dizi-Uşquli) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yolsuzluq şəraitinə uyğun avtomobillərin (iki və ya daha çox aparıcı körpüyə malik) hərəkəti sərbəstdir. Avtomobil yolunun 1-70 km (Zuqdidi-Xaişi) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.