Əfsanəvi Frants Bekkenbauer 78 yaşında dünyasını dəyişib #1TVSPORT
Əfsanəvi Frants Bekkenbauer 78 yaşında dünyasını dəyişib #1TVSPORT

 
Dünya futbolunun əfsanəsi Frants Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

O, ölkə tarixinin ən titullu alman futbolçularından biri olub. 1974-cü ildə Almaniya Federativ Respublikasının milli komandası ilə dünya çempionatının qalibi olub. 1990-cı ildə isə artıq məşqçi kimi dünya çempionatının qalibi olub.

Frants Bekkenbauerin kolleksiyasına üç Çempionlar Kuboku və Avropa Çempionatının qızıl medalı (1972) daxildir.

1972 və 1976-cı illərdə “France Football” sorğusunda qalib gələrək “Qızıl top”u qazanıb.