Əfqanıstanın Herat əyalətində silahlı şəxs məsciddə möminlərə atəş açıb, 6 nəfər həlak olub
Əfqanıstanın Herat əyalətində silahlı şəxs məsciddə möminlərə atəş açıb, 6 nəfər həlak olub

 
Əfqanıstanın Herat əyalətində silahlı şəxs məscidə daxil olaraq möminlərə atəş açıb.

6 nəfər həlak olub və 1 nəfər xəsarət alıb. Həlak olanlar arasında imam və üç yaşlı uşaq var.

Yayılmış məlumata əsasən, sözügedən məsciddə şiə müsəlmanlar dua edirlərmiş. Medianın yazdığı kimi, heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib, ancaq keçmişdə şiə icmasına hücumu “İslam Dövləti”nə bağlı qruplar həyata keçirirdilər.