Əfqanıstanda növbəti zəlzələ baş verib, 100-dən çox insan xəsarət alıb
Əfqanıstanda növbəti zəlzələ baş verib, 100-dən çox insan xəsarət alıb

Medianın məlumatına görə, Əfqanıstanın Herat şəhərindən 28 kilometr şimalda 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 05:10-da baş verib.

BBC-nin səhiyyə nümayəndələrinə istinadən yazdığına görə, zəlzələ nəticəsində 100-dən çox insan xəsarət alaraq xəstəxanaya çatdırılıb. Ölənlər barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 8-də Əfqanıstanın Herat şəhərindən təxminən 40 kilometr aralıda baş vermiş zəlzələ nəticəsində azı 2400 nəfər ölüb, 2000-dən çox insan yaralanıb.