Ədliyyə Evi yalnız yanvarın 1-i, 2-si və 7-də fəaliyyət göstərməyəcək
Ədliyyə Evi 1-10 yanvar qeyri-iş günlərində adi qaydada fəaliyyət göstərəcək.
Qurumdan qeyd olunduğu üzrə, bu müddət ərzində Ədliyyə Evinin bütün xidmətləri istifadəçilər üçün əlçatan olacaq.
Onların verdiyi məlumata görə, filiallar yalnız yanvarın 1-i və 2-si, eləcə də Milad bayramında – yanvarın 7-də bağlı olacaq.
Bununla yanaşı, şənbə-bazar, 8 və 9 yanvar tarixlərində yalnız sürətləndirilmiş xidmətlər əlçatan olacaq.
Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstanda dövlət sektorunda yanvarın 1-dən yanvarın 10-dək qeyri-iş günləri elan edilib.