Ədliyyə Evi - Kutaisidə güclü yağışlar səbəbindən Ədliyyə Evinin infrastrukturu zərər görüb, xidmətlər müvəqqəti olaraq məhdudlaşıb
Kutaisidə yağan güclü yağış səbəbindən Ədliyyə Evinin infrastrukturu zərər görüb, bu səbəbdən Kutaisinin Ədliyyə Evində xidmətlərin göstərilməsi müvəqqəti olaraq məhdudlaşıb-bu barədə Ədliyyə Evi məlumat yayır.
Ədliyyə Evi tərəfindən yayılmış məlumata əsasən, filialın ərazisində hazır sənədləri qəbul edib ərizə vermək üçün səyyar ədliyyə evləri səfərbər edilib, həmçinin Ədliyyə Evinin Xoni, Qequti və Tsğaltubo filiallarına xidmət üçün müraciət etmək mümkündür.
“Xətanın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Filialın fəaliyyətinin bərpası ilə bağlı məlumat Ədliyyə Evinin rəsmi “Facebook” səhifəsində yerləşdiriləcək. Ləngiməyə görə üzr istəyirik” -deyə Ədliyyə Evinin “Facebook” səhifəsində dərc olunan bəyanatda deyilir.