Ədliyyə Evi istifadəçilərə "şəxsi assistent" təklif edəcək

 

Ədliyyə Evi istifadəçilərə “şəxsi assistent” premium xidməti təklif edəcək – Ədliyyə naziri Rati Breqadze 10 illik planın təqdimatında bu barədə bəyanat verib.

“İqtisadi fəaliyyət üçün lazım olan sənədləri ən qısa müddətdə təmin etmək və yüksək keyfiyyətli konsultasiya vermə məqsədi ilə, biznes sektoruna, tamamilə yeni ehtiyyaclarına uyğun konsepsiya təqdim edəcəyik. Biznes sektorunun, ədalət sistemində yaxşı bilikli şəxsi məsləhətçisi və köməkçisi olacaq, onun yerinə bütün zəruri prosedurları keçəcək və hazırlanmış sənədləri təqdim edəcək”-deyə Ədliyyə Naziri bildirib.

Rati Breqadzenin sözlərinə görə, “insanların rifahı əsasən inkişaf etmiş iqtisadiyyatla müəyyən edilir, maddi sərvətlər yaradan əsas mühərrikin – biznesin təşviqi ölkənin büdcəsi və hər bir vətəndaşın şəxsi gəlirlərinə proporsional şəkildə əks olunacaq . Nazirin sözlərinə görə, “şəxsi assistent” -in üstünlüyü hüquqi məsləhət vermək, xidmət göstərmək və əməliyyatları distansional şəkildə həyata keçirmək imkanı olacaq.