Yusif Yusiflinin öz ifasında bir neçə şeiri

Yusif Yusifli elimizin qocaman  söz xiridarlarından birıdır. Marneuli rayonunun Qaş Muğanlı kəndində anadan olub. Artıq 90-nı haqlayıb bu müdrik qoca. Yarım əsr gənc nəslin tərbiyəsi ilə məşğul olub.Uzun müddət məktəb direktoru işləyib. Borçalının ədəbi salnaməsini yazıb. Gözəl qoşquları da var.

1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu