Ustad aşıq Məsim İsmayıl oğlunun ifasında bir neçə saz havası
15:09, 31.01.2018
Məsim İsmayıl oğlu Borçalının azman aşıqlarından biridir. Onun bu sənətin sirlərinə yiyələnməsinə Dədə Əmrah səbəb olub.Onun barmaqlarında Dədə Əmrahının ritmi, ahəngi duyulmaqdadır. Xalında, gülündə Dədə Əmrahın nəfəsi hiss edilməkdədir. Aşıq Məsim taleyini sevə-sevə bağladığı bu sənətin sirlərini ahıl yaşlarında da gənc nəslə həvəslə öyrədir. Borçalı saz sənətinin qorunub saxlanılmasında onun da müəyyən əməyinin olmasından qürur duyur, bundan həm də bir növ rahatlıq tapır.
Ötən əsrin sonlarında, daha dəqiq desək, 1999-cu ildə onun ifasında Borçalıda yayılmış bütün saz havalarını, eləcə də bir neçə mahnını lentə almışam. Bir neçə şeirini öz ifasında da yazmağı unutmamışam. Sön illər onun “Könlümün səsi” adlı şeirlər kitabı işıq üzü görübdürsə də, həmin şeirlərin bəziləri öz ifasında arxivimdə qorunub saxlanılır. İnşallah, bu lent yazılarını onun pərəstişkarlarının, ümumiyyətlə, saz-söz həvəskarlarının ixtiyarına verəcəyəm. Hələlik onun ifasında bir neçə saz havasını saytımıza yerləşdirirəm.