Qulammirzə Musayev Hacı oğlu 1918-ci ildə Qarayazı bölgəsinin Təhlə kəndində anadan olmuşdur. Yeniyetmə vaxtlarından gözəl qoşqular qoşaraq elinin sevimlisinə çevrilib. Eldə-obada şair olaraq da tanınıb. Qulammirzənin “Təhlə” adlı şeirlər kitabı 2002-ci ildə Təhlə elinin xeyirxah oğullarından olan Fərid Aslanoğlunun dəstəyi ilə işıq üzü görmüşdür.
Təhləli Qulammirzə 2004-c üildə dünyasını dəyişmişdir.
1999-cu ildə onun bir neçə şeirini öz ifasında lentə alaraq həmin vaxtlar Gürcüstan radiosunun efirində vaxtaşırı səsləndirmişəm. İndi arxivimdə qorunub saxlanılan bu lent yazısını poeziyasevərlərin marağını nəzərə alaraq saytımıza və Youtuba yerləşdirirəm.