Təhlə Yolçunun öz ifasında bir neçə şeiri

Yolçu Səmədov 1935-vi ilə Qarayazının (İndiki Qardabani rayonunun) Qara Təhlə kəndində anadan olub. 40 ildən çox elə bu doğma kənddə müəllim kimi fəaliyyət göstərib. Ara-sıra şeirlər də yazıb, könüllər oxşayıb. Evi həmişə qonaq-qaralı olub. Saz-söz ustaları, ümumiyyətlə, qələm əhli onun evindən əksik olmayıb. Təhlə Yolçu 2009-cu ildə dünyasını dəyişib.

P.S. Ötən əsrin sonlarında Gürcüstan radiosu fəaliyyətdə olanda Təhlə Yolçunun öz ifasında bir neçə şeirini lentə alaraq “Poeziya dəqiqələri” silsiləsində efirdə müntəzəm səsləririrdik. Radio öz fəaliyyətini dayandırandan sonra həmin lent yazılarını şəxsi arzivimdə qoruyb saxlayıram. İndi həmin lent yazılarını poeziya həvəskarlarının marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirrirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu