Sərxan Candarlının şeirləri öz ifasında

Sərxan Candarlı 1952-ci il oktyabrın 9-da Marneuli rayonundakı Candar kəndində anadan olmuşdur. Elə orta təhsilini də bu kənddə almışdır. Gənclik çağlarından poeziyaya meylini salmış Sərxan Candarlı  gözəl şeirlər yazmağa başlamışdır. Onun şeirləri Gürcüstanın dövri mətbuatında:  “Axali Marneuli”, “Sovet Gürcüstanı” qəzetlətində, “Dağlar dərdə düşsə” toplusunda, “Əhli-beyt” jurmalında  dərc etdirmişdir. Onun qoşquları aşıqlar tərəfindən sevə-sevə oxunur. Sərxan Candarlı  qoşma, gəraylı və başqa şeir nümunələrini  artıq kitab şəklində nəşr etdirmişdir.

Ötən əsrin sonlarında Sərxan Candarlının öz ifasında şeirləri “Poeziya dəqiqələri” silsiləsindən Gürcüstan radiosunun efirində müntəzəm olaraq səslənmişdir. Onun öz ifasında şeirlərini  öz şəxsi arxivimdə saxlayıram. Indi onu poeziyasevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu