Sarticala-Muğanlılı Cəlil Dursun oğlunun öz ifasında bir neçə şeiri
13:03, 06.03.2019
Cəlil Dursun oğlu Məmmədov 1923-cü ildə Sarticala-Muğanlı anadan olub. Böyük Vətən müharibəsində iştirak edib. Dülgərlikdə məşğul olub. Arada gözəl şeirlər də yazıb. Cəlil kişi gül-çiçək vurğunu olub. İstirahət etdiyi kurortlardan gətirdiyi bəzək ağaclarından, ekzotik çiçək və güllərdən ibarət bağça salıb. Arada yorulanda həmin bağçasında dincələrək xəyallara dalıb, dünyanın gedişini poetik ifadələrlə deməyə çalışıb. Gənclik illərində rəssamlıq ilə də məşğul olub. Şeirləri dövri mətbuatda, qəzet və almanaxlarda dərc edilib. Bir neçə il olar ki, Cəlil kişi dünyasını dəyişib. Allah rəhmət eləsin!
P.S.Ötən əsrin sonlarında onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunda “Poeziya dəqiqələri” silsiləsindən vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziyasevərlərin marağını nəzərə alaraq bu lent yazılarını saytımıza və Yutuba yerləşdirirəm.