Mustafa Şıxlinski Borçalının azman aşıqlarındandır. 1927-ci ildə anadan olmuşdur. Dünyadan köçəli bir neçə il olar. Aşıq Mustafa yaradıcı, sarğallı aşıq idi. Öz qoşquları üzərində həvəslə gözəl mahnılar oxuyardı. Gürcüstan radiosu üçün 1999-cu ildə onun öz ifasında bir neçə mahnını lentə alaraq efirdə dəfələrlə səsləndirmişik. Həmin mahnılar şəxsi arxivimdə qorunub saxlanılır. İndi saz-söz həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Yutuba və saytımıza yerləşdirirəm.