Musa Ələsgərlinin öz ifasında bir neçə şeiri

Musa Ələsgərli 1953-cü ildə Azərbaycanın Gədəbəy rayonunda dünyaya göz açıb. Taleyin hökmü ilə Gürcüstana-Qarayazıya gəlib. Hazırda Qardabani şəhərində yaşayır.  Asəf Zeynallı adına adına Musiqi məktəbinin muğam şöbəsini bitirib. Muğamlarımızın gözəl bilicisi və ifaçısıdır. O, həmçinin güclü təbə malik şairdir.

Ötən əsrin sonlarında onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi  poeziya həvəskarlarının marağını nəzərə alaraq bu lent yazılarını  saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə:  Mirzə Məmmədoğlu