Mikayıl Mustafayevin öz ifasında şeirləri

Mikayıl Mustafayev 1948-cı ildə Gürcüstanın Marneuli rayonundakı  Bəylər kəndində anadan olub.
1965-ci ildə Alget 1 saylı orta mək­təbini bitirib. 1967-ci ildə M.F.Axun­dov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-1974-cü illərdə orduda xidmət edib.
1975-ci ildən müx­təlif kəndlərdə rus dili və ədəbiyyatı fənnini tədris edib.
1984-cü ildən Marneuli rayon təhsil şöbəsində inspektor vəzi­fəsində çalışıb.
Mikayıl Mustafayev Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi yarandığı gündən bu yaxınlara kimi  Mərkəzin Elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu günlərdə Mikayıl Mustafayev dünyasını dəyişib. Allah rəhmət eləsin. Yeri behişt olsun!
Gürcüstan radiosu üçün 1999-cu ildə onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən  efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Yutuba və saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu