Xudaverdi Qasımlının öz ifasında şeirləri

 

Xudaverdi Qasımlı 1950-ci ildə qədim Qarayazı mahalının
(indiki Gürcüstanın Qardabani rayonundakı) Sarticala-Muğanlı kəndində anadan olub.
Ç.İldırım adına Azərbaycan Poliexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib.
70-ci illərdən ədəbi fəaliyyətə başlayan şairin şeirləri müntəzəm olaraq dövri mətbuatda – bir çox qəzet və jurnallarda dərc olunub.
“Göy üzünə səpələnən ulduzlar” adlı ilk şeirlər kitabı ondan oxuculara yadigar qalan tək kitabıdır. Xudaverdi Qasımlı 2017-ci il dekabrın 10-da dünyasını dəyişib.
Ötən əsrin sonlarında Gürcüstan radiosunda işləyərkən “Ədəbi verilişlər. Poeziya dəqiqələri “ silsiləsindən Gürcüstanda yaşayıb yaradan şairlərin  özlərinin ifasında şeirlərini vaxtaşırı səsləndirirdik. Onların əksəriyyəti şəxsi arxivimdə qorunub saxlanılır. İndi Xudaverdi Qasımlının ifasında öz şeirlərini saytımıza yerləşdiririk. .
Onu da qeyd etmək lazımdır ki, bu şeirlər  1999-cu ildə lentə alınmışdır.

Hörmətlə: Mirzə Məmmədoğlu