Ələddin Rövşənoğlunun öz ifasında şeirləri

Ələddin Rövşənoğlu Danaçıyev 1935-ci il dekabrın 2-də Zalqa (Barmaqsız) rayonunun Ərcivan -Sarvan kəndində kəndli ailəsində anadan olmuşdur.  Natamam orta məktəbini  bu kənddə bitirmiş, orta təhsilini isə Marneuli şəhər məktəbində tamamlamışdır.  1957-ci ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun  filiologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə  insititutu bitirib  doğma kəndində pedaqoji fəaliyyətə başlamışdır. Ilk illərdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, sonra təşkilatçı, 1972-ci ildən 1980-ci ilədək məktəb direktoru vəzifəsində işləmişdir.  1980-1990-cı illərdə Ərcivan-Sarvan kənd sovetinin sədri, 1991-2006- cı illərdə kənd məclisində işləmişdir.

Bədii yaradıcılıq ilə də məşğul olan Ələddin müəllimin 2002-ci ildə “El sevəni aləm sevər” kitabı Bakıda işıq üzü görmüşdür. “Səda gəlir Dağ-Sarvandan” ikinci şeirlər kitabı 2007-ci ildə nəşr olunmuşdur. Hər iki kitabda şairin qoşma, gəraylı, rübai və bayatılardan ibarət lirik şeirləri  və poemaları özünə yer tapmışdır.

1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu