Əbdüləli İbrahimsoyun öz ifasında şeirləri

Əbdüləli İbrahimsoy 1956-cı ildə Qardabani rayonunun Birlik kəndində anadan olub.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin filologiya fakültəsini bitirib.
1980-ci ildən 1995-ci ilədək Qardabanidə Azərbaycan və gürcü dillərində nəşr olunan “Samqori” rayon qəzetində korrektor, tərcüməçi, müxbir, şöbə müdiri vəzfələrində çalışıb.
1996-cı ildə “Qardabani” adlanan qəzetdə məsul redaktor, redaktor müavini işləyib.
1997-1998-ci illərdə “Çənlibel” ədəbi-bədii qəzetin, 1999-cu ildə “Dirçəliş” ictimai-siyasi qəzetin
redaktoru, 2000-ci ildə “Region” qəzetinin şef redaktoru işləyib.

Onu da qeyd etmək lazımdır ki, “Çənlibel”  ədəbi-bədii qəzetini buraxarkən yaradğcılıqla məşğul olan soydaşlarımızı öz ətrafında birləşdirməyə müvəffəq olmuşdur.
Hazırda Qardabani rayonundakı 1 saylı Birlik orta məktəbində müəllim işləyir.

İndi Əbdüləli İbrahimsoyun öz ifasında şeirlərini saytımıza yerləşdiririk.

O nu da qeyd etmək lazımdır ki, bu şeirlər 1999-cu ildə lentə alınmışdır.

Hörmətlə: Mirzə Məmmədoğlu