Gürcüstan radiosunun qızıl fondundan. Eyvaz Həsənovun ifasında üç mahnı

Təranə Vəlizadənin həyat yoldaşı və duet ortağı olan  Eyvaz Həsənov dünyasını çoxdan dəyişib. Özü də faciəli şəkildə. Avtomobil qəzası onun da həyatına son qoydu. Bu ölümdən sonra çox şey dəyişib. Çoxlarının gələcəyinə həsəd apardığı Təranə Vəlizadə uzun müddət səhnədən uzaq düşüb. Bu gün bir çox mahnıları müğənnilər tərəfindən ifa edilən Eyvaz Həsənov isə demək olar ki, tamamilə yaddan çıxıb. Odur ki,  Eyvaz Həsənovun  pərəstişkarlarının, ümumiyyətlə, musiqisevərlərin marağını nəzərə alaraq onun ifasında Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılan  “Payız şənlikləri”, “Dalğalar”, “Sarı gəlin” mahnılarını  saytımıza və Yutuba yerləşdirirəm.

P.S. Ötən əsrin 70-ci illərində bu cütlük: Təranə Vəlizadə və Eyvaz Həsənov Gürcüstana da gələrək Tbilisi Dövlət Filarmoniyasında konsert vermişlər. Yaxşı yadımdadır, salon ağzına kimi dolu idi. Onların çıxışları alqışlarla qarşılçanırdı.

Hörmətlə: Mirzə Məmmədoğlu