Gürcüstan radiosunun qızıl fondundan. Eynulla Cəbrayılovun ifasında bir neçə mahnı

Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur.

Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını (“Nazlana-nazlana”, “Bala nərgiz”, “Kimə yalvarım” və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır.

E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah” və başqa muğamlar AzRT Fondunda saxlanılır.

Hörmətlə: Mirzə Məmmədoğlu