Qurban Əzizlinin öz ifasında bir neçə şeiri

Qurban Əzizli (Rzayev Qurban Abbasqulu oğlu) 1942-ci ildə Marneuli rayonundakl Görarxı elinin Əzizkənd  kəndində anadan olub. 7 illik təhsilini Əzizkənd məktəbində aldıqdan sonra 1967-ci ildə Alget kənd  orta məktəbini, 1967-ci ildə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Bir müddət doğma kəndində məktəb direktoru müavini işləmişdir.

Qurban Əzizli  imzası ilə tanınan  şair  xalq ruhunda yazıb yaradır, şifahi xalq ədəbiyyatının əksər növlərinə müraciət edir. Onun 2002-ci ildə  Əbdüləli İbrahimsoyun  tərtibatında “Yurd işığı gözə nurdur” şeirlər kitabı işıq üzü görmüşdür.

P.S. Ötən əsrin sonlarında Gürcüstan radiosu fəaliyyətdə olanda Qurban Əzizlinin öz ifasında bir neçə şeirini lentə alaraq “Poeziya dəqiqələri” silsiləsində efirdə müntəzəm səsləririrdik. Radio öz fəaliyyətini dayandırandan sonra həmin lent yazılarını şəxsi arzivimdə qoruyb saxlayıram. İndi həmin lent yazılarını poeziya həvəskarlarının marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirrirəm.

 

Hörmətlə: Mirzə Məmmədoğlu