Əzim İsmayıllının öz ifasında bir neçə şeiri

Əzim  İsmayıllı Azərbaycanın  dilbər guşələrindən biri İsmayıllıda 1936-cı il fevralın 10-da anadan olub. Azərbaycan Dövlət İniversitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə, ədəbi yaradıcılığına Tbilisidə nəşr olunan O vaxtlar “Sovet Gürcüstanı” adlanan qəzetdə başlayıb. Burda ailə qurub. İki qız bir oğul böyüdüb. Onlar da ailə qurublar. Mən ötən əsrin 70-80-ci illərində bu qəzetdə ştatdankənar işləyəndə Əzim müəllimlə dost olmuşam, ona həmişə hörmət etmişəm. Hələ orta məktəbdə olanda onun “Nəfəs” adlı hekayələr kitabını oxuyanda bu yazıçını görmək istəyində olmuşam. Məhz elə bu istək bizi dostlaşdırdı. Bir neçə kitab müəllifidir. Kitabları işıq üzü görəndə məni unutmurdu. Onun haqqında çox danışmaq olar. Bircə onu deyə bilərəm ki, Əzim İsmayıllı jurnalistliyi öz yerində, əsil yazıçı idi. Və yazıçı kimi onu çox sevirdim. Sonralar  tale elə gətirdi ki, Azərbaycana köçdü. Öz doğma rayonunda yaşayırdı.Bir müddətdən sonra eşitdim ki, dünyasını dəyişib. Allah rəhmət eləsin.

P.S. 1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu,