Dilqəm Tanrıquliyevin öz ifasında şeirləri

Dilqəm Tanrıquliyev 1957-ci ildə Qardabani rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1979-cu ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir.  Bu günə kimi öz doğma kəndindəki orta məktəbdə müəllim işləyir. Həm Azərbaycan və gürcü dili və ədəbiyyatlarını sevə-sevə tədris edir. Pedaqoji fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Gürcüstanda və Azərbaycanda dövri mətbuatda şeirləri və tərcümələri ilə ara-sıra çıxış edir. İki şeir kitabının və Muğanlı haqqında tarixi-etnoqrafiq kitabının müəllifidir.

Gürcüstan radiosu üçün 1999-cu ildə onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu