Aşıq Zindofir (Zindofir Kərəm oğlu Əliyev) 1963-cü ildə Qarayazı bölgəsinin Qaracalar kəndində anadan olub. Uzun illər Aşıq Kamandarın şagirdi olub.
Ötən əsrin sonlarında onun öz ifasında bir neçə mahnını lentə alaraq Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi aşıqsevərlərin marağını nəzərə alaraq bu lent yazılarını saytımıza və Yutuba yerləşdirirəm.