Aşıq Cəmil Qaçağanlının öz ifasında şeirləri

Aşıq Cəmil 1936-cı il oktyabrın 26-da Marneuli rayonundakı Qaçağan kəndində anadan olmuşdur. Gənc yaşlarından saza, sözə meyl salmışdır. Ötən əsrin sonlarında onun sorağına düşdüm. Bir neçə dəfə onu bula bilmədim. Bundan təsirlənərək mənə şeir də həsr edib. Həmin ərəfədə onun qonağı oldum. Sazı götürüb xeyli hava çaldı. Şeirlərini söylədi. Bir neçə şeirini lentə aldım.Həmin dövrlər Gürcüstan radiosunda “Poeziya dəqiqələri” silsiləsindən onun da şeirlərini vaxtaşırı efirdə səsləndirmişəm. Şəxsi arxivimdə saxlanılan həmin lent yazılarını onun pərəstişkarlarının, ümumiyyətlə poeziyasevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

P.S. Sonralar eşitdim ki, bir neçə il bundan əvvəl dünyasını dəyişmişdir. Allah rəhmət eləsin. Amin!

Hörmətlə: Mirzə Məmmədoğlu