Aşıq İbrahim Həmzə oğlunun öz ifasında şeirləri

Aşıq İbrahim Həmzə oğlu 1943-cü il avqustun 20-də anadan olmuşdur. Gənclik çağlarından şeirə-sənətə böyük həvəs göstərmişdir. Borçalının azman aşıqlarından biri Dədə Əmraha şəyirdlik etmiş Lətif Gəncəlidən aşıq sənətinin sirlərini öyrənmişdir.

1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa el şairləri ilə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Aşıq İbrahim Həmzə oğlu bir il olmaz ki, dünyasını dəyişmişdir. Allah rəhmət etsin.

Hörmətlə: Mirzə Məmmədoğlu