Aşıq Əhəd Aslan oğlunun öz ifasında bir neçə şeiri
15:17, 22.04.2019
Əhəd Aslan oğlu Adıgözəlov 1942-ci ildə Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olmuşdur. İbtidai təhsil almış və uşaqlıqdan aşıq sənətinə həvəs göstərmişdir. Bu həvəsi onda oyadan Sarallar kəndində yaşayan aşıq Əmir olmuşdur.
İlk ustadı elin ustad sənətkarı zurnaçı Hüseynin oğlu Əli olur. Püxtələşdikcə aşıqlıq sənətinə daha da dərindən bələd olmağa çalışır. Ustad sənətkarlardan-aşıq Əmrahdan, aşıq Hüseyn Saraclıdan, aşıq Kamandardan, Faxralı aşıq Nəsibdən dərs alır.
Aşıq Əhəd adı çəkilən sənətkarlarla çox məslislər yola vermişdir. Sonralar Şəmkirli Pərvanə Həsənə iki il şagirdlik eləmiş və bu ustaddan çox şey öyrənmişdir.
Aşıq Əhəd sənətin sirlərini gənclərə də öyrətməyə çalışıb. Dəllərdən Alnur Nəbiyev, Vaqif Qurbanov, Taqət sarıyev və başqaları Aşıq Əhədin yetirmələridirlər.
Aşıq Əhəd həm də yaradıcı aşıq olub. Onun xeyli qoşmaları, gəraylıları vardır.
Aşıq Əhəd bu ilin fevralında dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!
P.S. Ötən əsrin sonlarında onun öz ifasında bir neçə şeirini lentə aldım. Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi aşıqsevərlərin, poeziya sevərlərin marağını nəzərə alaraq bu lent yazılarını saytımıza və Yutuba yerləşdirirəm.