Yens Stoltenberq - işləri davam etdiririk ki, Gürcüstan NATO-nun üzvü olsun, ümid edirəm NATO-da tezliklə salamlayacağıq
Yens Stoltenberq - işləri davam etdiririk ki, Gürcüstan NATO-nun üzvü olsun, ümid edirəm NATO-da tezliklə salamlayacağıq

İşləri davam etdiririk ki, Gürcüstan NATO-nun üzvü olsun, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq hökumət dəftərxanasında, Gürcüstan baş naziri Mamuka Baxtadze ilə görüşdən sonra bəyan etdi.

Stoltenberqin qeyd etdiyinə görə, Gürcüstan NATO üçün xüsusi partnyordur.

“Mənim üçün böyük fəxrdir ki, yenə Tbilisidəyəm. Bu dəfə Gürcüstan ərazisində keçirilən birgə təlimlərdə iştirak edirəm. Bu deməkdir ki, əməkdaşlığımız güclüdür. İşləri davam etdiririk ki, Gürcüstan NATO-nun üzvü olsun, ümid edirəm NATO-da tezliklə salamlayacağıq”, –  NATO-nun baş katibi bəyan etdi.

Yens Stoltenberqin dediyinə görə, alqışlanasıdır ki, Gürcüstan büdcədən bütöv daxili produksiyanın 2 fazini müdafiə məqsədləri üçün xərclənməsi öhdəliyini götürdü.

Stoltenberq Rusiyanı, Abxazi və Cənubi Osetiyanın müstəqil dövlətlər kimi tanıdığı bəyanatlarını geri götürməyə doğru çağırır.