Vyanada hücumçulardan birinin evində axtarış aparıldı
Vyanada hücumçulardan birinin evində axtarış aparıldı

Vyana İctimai Təhlükəsizlik Departamentinin rəhbəri, Frants Ruf bəyan edir ki, Vyanada hücumçulardan birinin evində axtarış aparıldı və polis onun müəyyənləşdirilməsi üzərində fəal işləyir.

“hücumçunun evində axtarış aparıldı. 20 min video yükləndi və bizə göndərildi. Artıq bu materialın 20 faizini öyrənmişik”, – Ruf bəyan etdi.

“Qardian” nəşrinin məlumatına görə, İctimai Təhlükəsizlik Departamentinin rəhbəri təsdiq edir ki, Vyanaya ölkənin müxtəlif bölgələrdən hüquqmühafizəçilərin səfərbərliyi baş vertdi.

Bununla yanaşı, Avstriya Daxili İşlər nazirliyinin bəyanatına görə, hücumçulardan biri müəyyən edilib. idarədə güman edirlər ki, gücumda bir neçə nəfər iştirak edirdi.

Vyanada hücum 2 noyabrda, yerli vaxtla saat 20:00 radələrində, ümumxalq karantinin başlamasına qədər bir neçə əvvəl baş verdi. Polisin məlumatına görə, silahlı şəxs altı müxtəlif yerdə atəş açdı, o cümlədən sinaqoqanın həndəvəri ərazisində. Üç insan qətlə yetirilib, 15 nəfər xəsarət alıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumçulardan biri qətlə yetirilib, birinin axtarışı aparılır. DİN əhalini evlərini tərk etməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırır.