Videokadrlar - Saakaşvilinin tərəfdarlarının binaya daxil olması zamanı polis gözyaşardıcı qazdan istifadə etdi

Mixail Saakaşvilinin tərəfdarları Oktyabr Sarayı binasına daxil olmağa cəh etdilər, bu vaxtı isə polis gözyaşardıcı qazdan istifadə etdi, – bu barədə Kiyevdən Birinci Kanalın jurnalisti məlumat verir.

Qazın istifadəsindən sonra bir neçə hüquq mühafizəçisinin halı pis oldu və onlara tibbi yardım lazım gəldi.

Saakaşvilinin tərəfdarlarının bir hissəsinin daxil olduğu Oktyabr Sarayında konsert keşirilməli idi. Aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma zamanı bunada uşaqlar da var idilər.

Hazırda Mixail Saakaşvili tərəfdarlarının bir hissəsi ilə birlikdə Maydana doğru getdi. Kiyevdən Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, Saakaşvilinin tərəfdarlarının bir hissəsi isə Oktyabr Sarayı binası yanında qalmaqdadır.

Lap başdan, Saakaşvili tərəfdarları ilə birlikdə, Ukrayna prezidentinin tələbi ilə, etiraz yürüşünü Şevçenko parkından Maydan istiqamətinə təşkil etdi. Maydanda təşkil edilmiş aksiyada isə nitqlə çıxışı zamanı tərəfdarlarına Oktyabr Sarayına doğru getmələrinə doğru çağırdı. Saakaşvilinin dediyinə görə, onların baş ofisi məhz elə orada olmalı idi