Vaja Qaprindaşvili - Mənim üçün zəhmət çəkən osetin xalqına təşəkkür edirəm və mənim üçün narahat edilənlərdən də üzr istəyirəm
Vaja Qaprindaşvili - Mənim üçün zəhmət çəkən osetin xalqına təşəkkür edirəm və mənim üçün narahat edilənlərdən də üzr istəyirəm

Mənim üçün zəhmət çəkən osetin xalqına təşəkkür edirəm və mənim üçün narahat edilənlərdən də üzr istəyirəm, – bu sözləri həkim Vaja Qaprindaşvili bu gün keçirdiyi mətbuat konfransında dedi.

“Osetin və rus qəzetlərində məlumat yayıldı ki, güya mən suçumu etiraf edib, üzr istəmişəm, ancaq bu belə deyil. Mən sadəcə olaraq, susmaq haqqımdan istifadə edirdim. Son sözümdə isə, osetin xalqına təşəkkür etməsəm olmaz, çünki iki aydır, yerli osetin xalqından gələn yardımların “peredaçaların” xərcinə yaşadım. Başdan sadəcə çörək və yumurtta yeyirdim, sonra isə, xalqın göndərdikləri yeməkləri. Mənim üçün zəhmət çəkən osetin xalqına təşəkkür edirəm və mənə görə narahat edilənlərdən isə, üzr istəyirəm” – dedi Vaja Qaprindaşvili.

Xatırladaq ki, bir ay yarımdır ki, işğal edilən Sxinvali həbsxanasında olan həkim Vaja Qaprindaşvili bu gün azad edildi.

Qaprindaşvili bu gün həyat yoldaşı ilə bərabər, mətbuat konfransı keçirdi.