Ünvanlı sosial yardımdan necə faydalana bilərsiniz - hökumətin izahatı
Ünvanlı sosial yardımdan necə faydalana bilərsiniz - hökumətin izahatı

Gürcüstan hökuməti tərəfindən  yaradılmış –stopcov.ge səhifəsində hökumətin böhran əleyhinə sosial-iqtisadi planının ikinci  mərhələsinin- vətəndaşlara ünvanlı sosial yardım,yardımın alınmasının təlimatı dərc etdirilib:

? Gəlir vergisindən azad etmə

2020-ci ilin mayın 1-dən  6 ay ərzində , (dövlət və ya özəl iş yerlərində) işləyən fiziki şəxslər   ayda  750 lari maaşa gəlir vergisindən azad olunacaqlar  və bu 6 aylıq müddətdə ,onların maaşları hər ay  1500 laridən  çox olmayacaq .

Bu güzəştin məqsədi işəgötürənlərin aylıq xərclərini azaltmaq, mümkün qədər çox iş yerini  qoruyub-saxlamaq və muzdlu  işçilərə maaşlarını  verə bilmə məqsədini daşıyır;

İşəgötürən bütün növ müəssisələri, o cümlədən şirkətlər, müəssisələr, qeyri-hökumət təşkilatları, həmçinin ayrı-ayrı fiziki şəxsləri işə götürən, işlərinə uyğun olaraq maaşlarını ödəyən və eyni zamanda gəlir vergisi ödəyən sahibkar fiziki  şəxsləri əhatə edir.

Güzəştdən bir tək  özəl sektorda fəaliyyət göstərən təşkilatlar yararlana biləcəklər və sözü gedən  güzəşt  dövlət sektorundakı mövcud təşkilatlara şamil olunmayacaq.

Güzəştdən yararlana bilməyəcək olan dövlət sektoruna aşağıdakılar  daxildir:

►  Bütün nazirliklər

►  Dövlət tərəfindən əsası qoyulan  publik  hüquqi şəxslər – (dövlət məktəbləri, teatrlar, ansambllar və muzeylər ) və qeyri-kommersiya (məqsədi gəlir götürmək olmayan) hüquqi şəxslər  ;

►Munisipal xidmətlər və munisipalitetlər tərəfindən əsası qoyulmuş publik hüquqi şəxslər və qeyri-kommersiya hüquqi şəxslər(uşaq bağçaları,ansambllar,idman klubları və s.) ;

►Dövlət və muxtar respublikaların  istənilən  xidmətləri;

►Dövlət,muxtar respublika və munisipalitetlər  tərəfindən əsası qoyulmuş və bu müəssisələrdə sadalananların 50 faizdən çox payı(hissəsi) olan  müəssisələri əhatə edən dövlət müəssisələri.Həmçinin bu müəssisələrə tabe olan müəssisələr,əgər onların hissəsi 50 faizdən artıqdırsa;

►Milli Bank;

►Milli Tənzimləmə orqanları;

May-oktyabr aylarında maaşların ödənilməsi zamanı  gəlir vergisi ilə əlaqədar güzəştlərdən yararlanmaq hüququna sahib olan müəssisələr:

► Maaşları 750 lari və ya daha az olan muzdlu  işçilərə ümumiyyətlə ödəməyəcəklər;

►Maaşları 750 laridən çox olan  və 1500 larini aşmayan muzdlu işçilərə qismən ödəyəcəklər.Bu halda köçürülmüş maaşdan 750 lari çıxılacaq  və geridə qalmış məbləğ gəlir vergisi ilə vergiyə cəlb olunacaq;

➡Nümunə  üçün-əgər müəssisədə işlə təmin olunmuş şəxsə köçürülən maaş 1000 larini təşkil edirsə,sözü gedən məbləğdən 750 lari çıxılacaq  və bir tək geridə qalan 250 lariyə(50 lari) gəlir vergisi ödəniləcək;

►Konkret ayda maaşı  1500 laridən artıq olan muzdlu işçiyə tam ödəyəcəklər ;

1500 larilik əmək haqqı həddi konkret   ayda ödənilən əmək haqqına tətbiq edilir, məsələn, may ayında  muzdlu  işçiyə 1600 lari  ödənilibsə, müəssisə bu işçi ilə bağlı gəlir vergisindən  faydalana    bilməyəcək, lakin  iyun ayında eyni işçiyə 1400 lari  verilibsə , bu halda güzəştdən yararlana biləcək  və iyun ayının gəlir vergisini qismən ödəyəcək,konkret olaraq desək, 1400 laridən 750 lari çıxılacaq və gəlir vergisini 650 lariyə(130) lari ödəyəcək;

Müəssisə  gəlir vergisi bəyannaməsini adi qaydada növbəti ayın 15-də təqdim edəcəkdir.

Mümkün suallar:

► Bu güzəşt  muzdlu işçinin maaşında  artımın olması mı deməkdir?

➡  Xeyr.Maaş  işəgötürənlə işçi arasındakı razılığa əsasən təyin edilir.Bu güzəşt  müəssisənin xərclərini azaldır , əmək haqqını  artırmaq  və ya daha çox işçini qoruyub-saxlamaq onun qərar verəcəyi bir məsələdir .

► Bir və ya bir neçə müəssisədə muzdlu işləyən şəxs bu güzəştdən yararlana biləcək mi?

➡Yararlana biləcək. Hər bir işəgötürəndən aldığı maaş 750 lariyə  qədərdirsə, eyni işəgötürənlərdən alınan maaş 1500 laridən çox deyilsə, şəxs vergidən azad olunacaqdır

► Bu vergi güzəştindən yararlanan şəxs qanunla onun üçün nəzərdə tutulan digər  güzəştlərdən (məsələn, Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə iştiraka görə  nəzərdə tuutlan   və ya digər güzəştlərdən) məhrum oluna bilər mi

➡  Məhrum olunmayacaq .Şəxs hər iki güzəştdən faydalana biləcək

? Maaş köçürülməyən muzdlu işçilərə yardım

Koronavirus pandemiyası nəticəsində bir çox müəssisələr işçilərin sayını azaltmağa və ya onları ödənişsiz məzuniyyətə göndərməyə məcbur oldular.Hər iki halda vətəndaşlar aylıq maaşlarını ala bilmirlər.

Sözü gedən şəxslərə yardım etmək üçün 1200 larilik təzminat təyin olundu və növbəti 6 ay ərzində,ayda 200 lari onlara veriləcək.

2020-ci ilin ilk üç ayında (yanvar,fevral,mart) heç olmazsa bir dəfə maaş alan  və bu barədə onu işəgötürən tərəfindən Gəlir Xidmətinə vergi bəyannaməsi ilə yanaşı, bu şəxslərə maaşın verilməsi ilə bağlı məlumat verilibsə,o zaman təzminat ala biləcəklər.

Muzdlu işçiyə təzminat müəssisə tərəfindən Gəlir Xidmətinə təqdim olunmuş məlumat əsasında verilir.

Müəssisə hər ayın 15-dək elektron formada,vergi ödəyicisinin (muzdlu işçinin) şəxsi veb səhifəsi https://eservices.rs.ge/ vasitəsi ilə ,təyin olunmuş formada məlumat təqdim edəcək,burda 2020-ci ilin birinci rübündə   heç olmazsa bir dəfə maaş verilən və əvvəlki ay verilməyən  şəxslərin siyahısı göstəriləcək.

Məlumatda göstəriləcək:

►Muzdlu işçinin adı,soyadı,şəxsi nömrəsi;

►Muzdlu işçinin əlaqə məlumatları( faktiki ünvanı,telefon nömrəsi) ;

►Muzdlu işçinin bank rekvizitləri(hesab nömrəsi)

Hər ayın 20-dək ,müəssisə tərəfindən təqdim olunmuş məlumat əsasında,Gəlir Xidməti təzminat alacaq olan şəxslərin  vahid bazasını yaradır və publik hüquqi şəxsə-Dövlət Məşğulluğun Təşviqi Agentliyinə göndərir .

Gəlir Xidmətinin bazasında onlara bu ay maaşın verilməsi qeydə alınan şəxslər təzminat siyahısında olmayacaqlar.

Nümunə üçün: ola bilsin mayın 15-də muzdlu işçiylə bağlı “a” şirkəti aprel ayında ona maaşın verilməməsi ilə bağlı məlumat təqdim etsin,lakin “b” şirkəti  tərəfindən təqdim olunmuş bəyannamədə  bu şəxsə maaşın verilməsi görünsün.Bu halda bu şəxs təzminat siyahısına düşə bilməyəcək.

İşlə təmin edənin , onun tərəfindən təqdim olunmuş məlumatı müvafiq ayın 20-dək dəqiqləşdirmə imkanı var,yəni bəyannamənin təqdim olunmasından beş gün ərzində ,bundan sonra isə Gəlir Xidməti agentliyə dəqiqləşdirilmiş siyahını göndərir.

Agentlik,Gəlir Xidməti tərəfindən verilmiş siyahıdakı şəxslərə  müvafiq ayın 30-dək təzminat məbləğini köçürür.

Yuxarıda qeyd olunmuş prinsiplərə əsasən, təzminat siyahısı  hər ay ,fövqəladə vəziyyətin başa çatmasının növbəti ayı da daxil olmaqla tərtib olunur.

Fövqəladə vəziyyətin başa çatmasının növbəti ayından sonra ,yeni şəxslərə təzminat təyin olunmur,təzminat bir tək kompensasiya siyahısındakı şəxslərə veriləcək

Təzminat siyahısındakı şəxsə  maaşın köçürülməsi qeydə alınar isə,o zaman ona təzminatın verilməsi  dayandırılacaq.

Gürcüstanın Vergi Məcəlləsində , müəssisə tərəfindən yanlış məlumat verildiyi və bu səbəbdən təsadüfən təzminat  veriləcəyi  halında,sözü gedən müəssisənin  təsadüfən verilən təzminatın iki misli miqdarında cərimələnəcəyi    müəyyən olunacaq .

Mümkün suallar:

►Müəssisədə işləyirdim,lakin maaşım banka köçürülmürdü,işə götürən  maaşı əlimə verirdi.Bu halda təzminat ala biləcəyəm mi?

➡Maaşın bank hesabına və ya ələ nəğd pul  olaraq verilməsindən asılı olmayaraq,işə götürən gəlir  vergisini ödəməyə  və sizinlə bağlı Gəlir Xidmətinə  məlumat verməyə məcbur idi .Nəticə etibarı ilə,əgər sizi işlə təmin edən şəxs öz öhdəliklərini yerinə yetirirdisə, o zaman siz təzminat alacaqsınız

►İşləyirdim,lakin məni iş götürən  Gəlir Xidmətinə lazımi məlumat göndərmirdi,təzminat ala biləcəyəm mi?

➡İşə götürən tərəfindən Gəlir Xidmətinə  müvafiq ayların bəyannamələri ilə birlikdə maaşları barələrində  məlumat verilən şəxslər təzminat ala bilmə imkanına sahibdirlər

►Məni işlə təmin edən dedi ki, Gəlir Xidmətinə bütün lazımi sənədləri təqdim edib,lakin may ayında mənə təzminat ödənilməyib və aprel ayında heç yerdən maaş da almamışam,bu halda kimə müraciət etməliyəm?

►Gəlir Xidmətinin İnformasiya  Mərkəzi ilə – [email protected], T. 2 299 299 əlaqə qurmalısınız.

? Özünüməşğulluq-özünü işlə təmin edən şəxslər

Hər hansı bir iqtisadi fəaliyyət ilə məşğul olan və bundan gəlir qazanan  fiziki şəxs  özünü işlə təmin edən  hesab olunur.

Özünü işlə təmin edənlər üçün təzminatın həcmi 300 lari miqdarında təyin olunub.

Təzminat almaq üçün ,bu şəxsin 2020-ci ilin birinci rübündə  iqtisadi fəaliyyət ilə məşğul olması  və ya gəlirinin olması  sübut edilməlidir

Özünü işlə təmin edən şəxslər 2 kateqoriyaya bölünürlər:

►Gəlir Xidmətində qeydiyyatda olan fiziki  şəxslər;

►İqtisadi fəaliyyət ilə məşğul olan və ya  gəlirləri olan,lakin Gəlir Xidmətində qeydiyyatda olmayan,müvafiq olaraq onların iqtisadi aktivliyi görünməyən və ödəməli olduqları vergini ödəməyən fiziki şəxslər.

Gəlir Xidmətində qeydiyyatda olan özünü işlə təmin etmiş şəxslər üçün təzminat almaq daha sadə olacaq və onlar əlavə dəlillər təqdim etmək məcburiyyətində qalmayacaqlar.

Gəlir Xidməti  müəyyənləşdirəcək:

►2020-ci ilin birinci rübündə gəlir vergisinin  aylıq  bəyannaməsini təqdim edən və ya nəzarət-kassa aparatı ilə dövriyyə qeydə alınan kiçik biznes statusuna  malik sahibkar fiziki şəxsləri

►Bazarlarda  işləyən ,2020-ci ilin birinci rübündə  gəlir vergisinin aylıq bəyannaməsini təqdim edən, nəzarət-kassa aparatı ilə dövriyyə qeydə alınan və ya bazar təşkilatçısı tərəfindən Gəlir Xidmətinə iqtisadi fəaliyyətin həyata keçirilməsi faktı , təqdim olunan məlumatlarla  təsdiqlənən sahibkar fiziki şəxsləri.

► Sabit vergi tutulan fəaliyyətlə (məs.təndir,gözəllik salonları,avtomobilin texniki xidmət obyektlərində işləyən şəxslər) məşğul olan və 2020-ci ilin birinci rübündə fəaliyyət göstərən və bu fəaliyyət Gəlir Xidmətinə köçürülmüş  və ödənilmiş  sabit vergi ilə təsdiqlənən şəxsləri.

►  Büdcədən dəstək almayan  mikro biznes statusuna malik sahibkarları;

►2020-ci ilin 1 aprelinədək  2019-cu ilin  gəlir vergisinin illik bəyannaməsini təqdim edən və ya 2020-ci ilin birinci rübündə nəzarət-kassa aparatı ilə dövriyyənin qeydə alındığı fərdi sahibkarlar.

Gəlir Xidməti sözü gedən şəxslərin  müəyyənləşdirilməsini  2020-ci ilin may ayının 20-dək təmin edəcək  və təzminat siyahısı tərtib edəcək.

Təzminat siyahısına , yuxarıda sadalanan  kateqoriyalardan , 2020-ci il ərzində əmək haqqı verilən  və ya bu şəxslər muzdlu işçilərin  (maaşlarını itirənlərin) təzminat  siyahısında  qeydə alınarlarsa   daxil edilmirlər.

Təzminat siyahısını Gəlir Xidməti 2020-ci ilin 20 may tarixindən gec olmayaraq Agentliyə göndərir.

Eyni zamanda,siyahıda olan şəxslər təzminat ala bilmə imkanına dair vergi ödəyicisinin səlahiyyətli səhifəsi  eservices.rs.ge-də   bildiriş alacaqlar.

Bu kateqoriyadan olan şəxslər üçün 2020-ci ilin 21 may tarixindən gec olmayaraq  Səhiyyə Nazirliyinin elektron portalında www.moh.gov.ge-də  elektron ərizə forması açılacaq,təzminat almaq məqsədi ilə fiziki şəxs buraya  aşağıda sadalanacaq olan  məlumatları daxil etməlidir:

►Ad,soyad və şəxsi nömrə;

►Əlaqə məlumatları( faktiki yaşayış  ünvanı və telefon nömrəsi) ;

► Bank rekvizitləri(hesab nömrəsi) ;

Şəxs tərəfindən elektron müraciət formasının təqdim olunmasından  sonra 10 iş günündən gec olmayan müddətdə  agentlik müraciətdəki mövcud şəxsi nömrəni  Gəlir Xidmətindən alınmış məlumatla müqayisə edir və təzminat məbləğini  şəxs tərəfindən göndərilmiş bank hesabına köçürür.

Təzminat məbləği başqa şəxsin bank hesabına köçürülmür.

Müraciət edənin  şəxsi nömrəsi təzminat siyahısında olmazsa,o zaman  agentlik bu barədə müraciət edən şəxsə məlumat verir.Müraciət edən şəxs Gəlir Xidmətinin Məlumat Mərkəzindən- [email protected], T. 2 299 299 əlavə məlumat ala bilmə imkanına sahibdir.

2.Gəlir Xidmətində qeydiyyatda olmayan  özünü işlə təmin edən şəxslər ,Səhiyyə Nazirliyinin  elektron portalında – www.moh.gov.ge- də elektron müraciət formasını doldurmalıdırlar.

Təzminat almaq məqsədi ilə fiziki şəxs 2020-ci ilin bir iyun tarixindən gec olmayaraq,elektron formada  aşağıdakı məlumatları təqdim etməlidir :

►Ad,soyad və şəxsi nömrə;

►Əlaqə məlumatları( faktiki yaşayış  ünvanı və telefon nömrəsi) ;

► Bank rekvizitləri(hesab nömrəsi) ;

►Fövqəladə vəziyyət elan olunanadək gəlir mənbəyi ilə bağlı məlumat;

►2020-ci ilin birinci rübündə gəlir mənbəyini təsdiq edən sənəd,bunlara:

➡ Vergi ödəyicisi olaraq  qeydiyyatdan keçmiş şəxs(qeyri-sahibkar fiziki şəxs istisna olunmaqla) tərəfindən verilmiş, gəlirin alınması faktının  təsdiqləndiyi  ilkin vergi sənədi(Malların / xidmətlərin çatdırılmasında iştirak edən tərəfləri müəyyənləşdirən yazılı sənəd,   tarixi var və təqdim olunan malların / göstərilən xidmətlərin siyahısı və dəyərini özündə əks etdirir.Məsəl üçün  satış aktı,təhvil-qəbul aktı);

➡İqtisadi fəaliyyətdən əldə olunan  gəlirləri təsdiqləyən 2020-ci ilin ilk 3 ayı üçün bank arayışı;

➡Munisipalitet və ya digər inzibati orqan tərəfindən şəxsə verilmiş hər hansı bir fəaliyyəti  sübut edən arayış,icazə/lisenziya;

➡Şəxsin iqtisadi fəaliyyət və ya gəlirini  təsdiqləyən, Gürcüstanda qeydiyyatda olan hüquqi şəxs tərəfindən verilmiş sənəd ;

Agentlik işçi qrupu ilə birlikdə təqdim edilmiş elektron müraciətləri nəzərdən keçirəcək, onların fəaliyyətlərini təsdiq edən sənədləri  xüsusiyyətlərinə görə qruplaşdıracaq və siyahını 2 həftə ərzində qərarın verilməsi üçün Səhiyyə nazirinin əmri ilə yaradılan Qurumlararası Komissiyaya təqdim edəcək.

Gəlirlər Xidməti tərəfindən agentliyə verilən digər təzminat  siyahısında olan  şəxslər  sözü gedən siyahıya düşə bilməyəcəklər.

Komissiya zəruri hallarda, lakin həftədə bir dəfədən az olmayaraq iclas keçirəcək və təzminat  veriləcək şəxslər barədə qərar qəbul edəcək.

Komissiyanın qərarından sonra 10 iş günü ərzində Agentlik müraciət edən üçün  ərizədə göstərilən bank hesabına təzminatın  köçürülməsini təmin edir.

Təzminat məbləği  başqasının bank hesabına köçürülməyəcək.

Müraciətləri təmin olunmayan  şəxslərə ,Agentlik  qərar verildikdən  sonra 15 iş günü ərzində qısa mətn bildirişləri vasitəsi ilə təzminata verilən rədd cavabı  ilə əlaqədar məlumat verir.

Əlavə məlumat almaq üçün şəxs Səhiyyə Nazirliyinin qaynar xəttinə 1505-ə zəng edə bilər.

Mümkün suallar:

Kimlər qeydiyyatda olmayan  özünü işlə təmin etmişlərin kateqoriyasına düşə bilər  və hansı təsdiqləyici sənəd  təqdim edilməlidir ?Bir neçə mümkün variant:

► Sahibkar kimi qeydiyyatda olmayan və bazar təşkilatçısı tərəfindən barəsində Gəlir Xidmətinə məlumatın təqdim olunmadığı -bazarda daxılda ticarətlə məşğul olan şəxs (müvafiq olaraq bu şəxs Gəlir Xidməti tərəfindən agentliyə  göndərilən təzminat siyahısında olmayacaq)-sözü gedən şəxs iqtisadi fəaliyyət və ya gəlir mənbəyini təsdiqləmək üçün bazar təşkilatçısı tərəfindən  verilən arayışı təqdim etməlidir ki , bu arayışda da  şəxsin 2020-ci ilin birinci rübündə  onun bazar ərazisində ticarətlə məşğul olması  və müvafiq kirayə və ya icarəni verməsi əks olunur.

► Yaşayış məntəqəsindən munisipalitetin mərkəzinə və ya yaşayış məntəqləri arasında sərnişin daşıyan və şirkətin əməkdaşı olmayan  şəxs müvafiq munisipalitetdən təsdiqləyici sənəd təqdim etməlidir;

►Yaşayış məntəqəsindən  uşaqları ictimai məktəbə aparan  və şirkətin əməkdaşı olmayan şəxs –   müvafiq munisipalitetdən təsdiqləyici sənəd təqdim etməlidir;

► Şəhərlərarası sərnişin daşıma ilə məşğul olan və şirkətin əməkdaşı olmayan şəxs-avtovağzalın təşkilatçısından müvafiq arayış və xidmət göstərdiyinə   ödənişi  təsdiqləyən sənəd  (bank əməliyyatı və ya kassa çeki) təqdim etməlidir;

► Sahib olduğu yaşayış sahəsini  gündəlik olaraq  kirayəyə verən şəxs  elektron kirayə portalları (Airbnb.com, booking.com və s.) vasitəsilə müvafiq şirkətdən əldə etdiyi gəliri göstərən bank arayışı təqdim etməlidir);

► Suvenir  hazırlayan və suvenir dükanına təhvil verən və ya kənd təsərrüfatı məhsulunu şirniyyat mağazasına / restorana təhvil verən şəxs – müvafiq ilkin vergi sənədini (alqı-satqı,təhvil- qəbul aktı) təqdim etməlidir;

►Dayə,usta,təmizlik işçisi və ya oxşar işlərdə çalışan şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu  xidmət təminatçısından / vasitəçi şirkətdən (hansınınki  vasitəsilə o  işəgötürənlə   1 aprel 2020-ci il tarixinə qədər əlaqələndiriləcək) arayış təqdim edəcəyi halda təzminat alacaq;

► 2020-ci ilin birinci rübündə iqtisadi fəaliyyət və ya gəliri qeydə alınan  və bu gəliri təsdiqləyən sənəd təqdim edə biləcək istənilən şəxs (bank arayışı daxil olmaqla);

Yuxarıda sadalanan  3 kateqoriyadan olan təzminatdan / güzəştdən şəxs  yalnız birindən faydalana bilər.

Xahiş edirik, işçilər və özünü işlə təmin edən şəxslərə dair ətraflı məlumat almaq  üçün  Maliyyə Nazirliyinin Gəlir Xidmətinin  Məlumat Mərkəzi ilə əlaqə saxlayın – [email protected], T. 2 299 2999 .

Hazırladı: Sevinc Mustafayeva