Ukraynanın Xarici İşlər Naziri - Ukrayna vətəndaşı Saakaşvili, dövlətin mövqeyini bildirmək haqqı olmadığı halda, seçki qabağı, Gürcüstanla bağlı siyasi bəyanatlar verir

Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba Mixeil Saakaşvilinin bəyanatılarına görə, Gürcüstanın Xarici İşlər Nazirliyinə Ukrayna səfirinin çağırılması ilə bağlı açıqlama verir.

Keçirdiyi brifinqdə, nazir bəyan etdi ki, Saakaşvili ətrafında yaranan vəziyyət çox təəssüfləndiricidir, çünki, Ukrayna vətəndaşı olan siyasətçinin, açıq şəkildə dövlət mövqeyini tərəf olaraq bildirmək haqqı yoxdur, ancaq Saakaşvili Gürcüstanla bağlı seçki qabağı siyasi bəyanatlar verir.

“Onun verdiyi hər bəyanatından sonra, Ukrayna səfiri Gürcüstanın Xarici İşlər Nazirliyinə çağrılır. Disbalans odur ki, özəl şəxs çıxıb bəyanat verir, cavabı verən isə,  dövlət olur” – dedi Kuleba.

“Ümid edirik ki, münasibətlərin stabilizasiyası mümkün olacaq və bu narazılıqlar aradan qaldırılacaq, çünki özəl şəxsin verdiyi bəyanatlar dövlətlər və xalqlar arasındaki münasibətlərə zərər verməməlidir” – dedi Kuleba.

Onun dediyinə görə, “Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyi maksimal şəkildə kəskindir, cənab Saakaşvili özəl şəxsdir və onun şəxsi bəyanatları və şəxsi mövqeyi – Ukrayna dövlətinin mövqeyi deyil.