Tuşetidə axtarış-xilasedici işləri davam etdirilir (foto)
Tuşetidə axtarış-xilasedici işləri davam etdirilir (foto)

Pşaveli-Tuşeti yolunda baş verən faciə yerində axtarış-xilasedici işləri davam etdirilir.

Xilasedicilər bu vaxta qədər yol qəzası nəticəsində itkin düşən bir nəfəri axtarırlar.

Xilasedici əməliyyata görə, bu gün səhərdən Pşaveli-Abano-Omalo yolu bağlandı.

Pşaveli-Abano-Omalo yolunda yük maşını dərəyə iyulun 27-də düşdü. Maşında 12 sərnişin var idi. Nəticədə 12 nəfər həlak oldu, beş nəfər isə, xəsarət aldı.

Baş verən fakt üzrə istintaq GCM-nin 276-cı maddəsinin 5-ci hissəsi ilə aparılır.

Şərh yaz