Levan Ratiani bəyan edir ki, Şatili yolunda yol qəzası nəticəsində xəsarət alan pasiyentlərin vəziyyəti bu mərhələdə müsbətdir
Birinci Universitet Klinikasının direktoru, Levan Ratiani bəyan edir ki, Şatili yolunda yol qəzası nəticəsində xəsarət alan pasiyentlərin vəziyyəti bu mərhələdə müsbətdir.
“Dünənki gün ilə müqayisədə müsbət dinamika müşahidə olunur. Onlardan ikisinin təziqi sabit oldu. Onların vəziyyəti bu mərhələdə müsbətdir. Daxil edilərkən onların vıziyyəti ağır idi. Ümid edirik, bu cür müsbət klinika ilə onların sağalmaları davam edəcək”, – Ratiani bəyan etdi.