Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatdı
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatdı

Türkiyənin şərq hissəsində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatdı.

Xilasedicilər uçuntular altından 45 insanı xilas edə bildilər.

31 insan Elazığ əyalətində, dörd nəfər isə, qonşu Malatya əyalətində həlak oldu.

Xəsarət alanların sayı 1600-dən artıqdır.

Xilasedici-axtarış əməliyyatı hazırda Elazığ əyalətinin üç yerində həyata keçirilir.

İki əyalətdə yeraltı təkanlar nəticəsində 76 bina uçdu, 645 isə, zədələndi.

6,8 bal gücündə zəlzələ Türkiyədə yanvarın 24-də axşam baş verdi. Bundan sonra 700-dən artıq təkrar təkanlar qeydə alındı.